Səyyar “ASAN xidmət” avtobusu Tərtərdə

post-img

“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu sentyabrın 4-dən başlayaraq Tərtər şəhərində sakinlərə səyyar xidmət göstərir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Tərtər şəhərinin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu küçədə xüsusi yer ayrılıb. Burada xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb.

Vətəndaşlara səyyar şəkildə tərcümə, tibbi, bank xidmətləri, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyesterindən arayışın verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evlərinin (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin olunması, ümumvətəndaş pasportalarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, sürücülük vəsiqələrinin dəyişdirilməsi və digər xidmətlər göstərilir.

“ASAN xidmət”in səyyar avtobusu Tərtərdə sentyabrın 29-dək olacaq.

 

Sosial həyat