Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 306 Bakı şəhəri, 6 sentyabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublika­sında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilmə­si barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 5 yanvar tarixli 1 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların pre­kursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 3 mart tarixli 54 nömrəli və “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 17 fevral tarixli 63 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konsti­tusiyasının 119-cu maddəsinin səkki­zinci abzasını rəhbər tutaraq, “İpoteka haqqında”, “Azərbaycan Respublika­sında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”, “Narkotik vasitələrin, psixot­rop maddələrin və onların prekursor­larının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Dərman vasitələri haqqında”, “Əmanətlərin sığortalanma­sı haqqında”, “Dövlət borcu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Vətəndaşların müraciətləri haqqın­da” Azərbaycan Respublikasının qa­nunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 813-VIQD nömrəli Qanu­nunun tətbiqi və Azərbaycan Respub­likası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanların­da, dövlət və ya bələdiyyə mülkiyyətin­də olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büd­cə təşkilatlarında vətəndaşların müra­ciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqın­da” Azərbaycan Respublikası Preziden­tinin 2023-cü il 8 aprel tarixli 2091 nöm­rəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 5 yanvar tarixli 1 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 35; 2012, № 12, maddə 1370; 2017, № 4, maddə 620; 2022, № 8, maddə 974) ilə təsdiq edilmiş “Mü­haribə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmət­keçmə məqsədilə hərbi hissələrə təh­kim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, ha­belə Azərbaycan Ordusunun, Azərbay­can Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi Qaydası”n­da aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2-ci bənddə “kütləvi informa­siya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin;

1.2. 3.3-cü bənddə “Kütləvi infor­masiya vasitələrində” sözləri “Mediada” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2015-ci il 3 mart tarixli 54 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 323; 2018, № 2, maddə 342; 2019, № 3, maddə 517) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları­nın qanunsuz dövriyyə-sinə görə mə­suliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1.5-ci yarımbənddə “kütlə­vi informasiya vasitələrinin və” sözləri “medianın, o cümlədən” sözləri ilə əvəz edilsin;

2.2. 4.2.8-ci və 4.5.5-ci yarımbənd­lərdə ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri ismin mü­vafiq hallarında “media” sözü ilə əvəz edilsin;

2.3. 4.13.1-ci yarımbənddə “kütləvi informasiya vasitələri ilə” sözləri “medi­ada” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2016-cı il 17 fevral tarixli 63 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2016, № 3, maddə 590) ilə təsdiq edil­miş “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsi üzrə Fəaliyyət Pla­nı”nın 6.5.3-cü yarımbəndinin “Tədbi­rin adı” sütununda “Kütləvi informasiya vasitələri” sözləri “Media” sözü ilə, “İc­raçılar” sütununda “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları