Azərbaycanda vergi ödəyicisi ondan düzgün tutulmayan və ya artıq ödənilən ödəmələri vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 5 il müddətində tələb edə bilər.
Baş nazir Əli Əsədov bununla bağlı “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarına dəyişikliklərin edilməsi ilə bağlı yeni qərar imzalayıb.
Daha əvvəl vergi ödəyicisi ondan düzgün tutulmayan və ya artıq ödənilən, habelə rekvizitlərin səhv göstərilməsi və bank əməliyyatlarının səhv icrası nəticəsində səhv ödənilən verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il müddətində tələb etmək hüququna malik idi.
XQ

