“Yeni Şirvan”da 25 yaşayış binası tikiləcək

post-img

Şirvan şəhər əhalisinin yaşayış sahələrinə ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Naxçıvan küçəsində yerləşən 8 hektardan çox ərazi Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilib. 

Şirvan Şəhər İcra Hakimiyyətinin vəsatəti və Ekologiya və təbii sərvət­lər və Kənd təsərrüfatı nazirliklərinin müsbət rəyləri əsasında bu barədə təklifi İqtisadiyyat Nazirliyi bu günlərdə qəbul edib. Layihəyə əsasən, göstə­rilən ünvanda 1264 mənzildən ibarət 25 çoxmənzilli yaşayış və məktəb bi­nalarının, 140 yerlik uşaq bağçasının, 2 transformator yarımstansiyasının, 5 içməli və yanğın su anbarının və na­sosxananın inşası planlaşdırılıb.

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC mühəndis ha­zırlıq işləri çərçivəsində yeraltı elektrik xətləri çəkib, ərazidə müvəqqəti beton zavodun quraşdırılmasına başlanılıb. 

XQ

Son xəbərlər