Mərkəzi Bankın valyuta ehtiyatları 9,4 milyard dollara çatıb

post-img

Bu il sentyabr ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 364,4 milyon ABŞ dolları təşkil edib.

AMB-dən verilən məlumata əsasən, bu göstərici cari il avqustun 1-i ilə müqayisədə 1,3 faiz və ya 120,4 mil­yon dollar çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə nisbətən 4,1 faiz, 2022-ci ilin sentyabr ayının 1-i ilə müqayisədə isə 24,8 faiz artıb.

XQ

Son xəbərlər