Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 291 Bakı şəhəri, 28 avqust 2023-cü il

“Azərbaycan Respublikası pro­kurorluq işçilərinin xüsusi geyim for­ması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublika­sının 2023-cü il 4 aprel tarixli 850-VIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 may tarixli 2134 nömrəli Fər­manının 2.1-ci bəndinin icrasını təmin et­mək məqsədilə Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası prokuror­luq işçilərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi nor­maları” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları