Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 290 Bakı şəhəri, 28 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təli­matın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli və “Qeyri-hökumət təşkilatının illik ma­liyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın təs­diq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun icra­sını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, mad­də 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, mad­də 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, mad­də 578; 2014, № 1, maddə 76, № 5, mad­dələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, mad­də 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166; 2019, № 1, maddə 169, № 3, maddələr 513, 564, № 5, mad­dələr 938, 967, № 6, maddə 1172, № 7, maddələr 1325, 1338, № 10, maddə 1674; 2020, № 6, maddə 783, № 10, maddələr 1282, 1299, № 12 (V kitab), maddə 1580; 2021, № 3, maddə 302, № 12, maddə 1509; 2022, № 4, maddə 414; 2023, № 5, maddə 723; Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2023-cü il 6 iyun tarixli 188 nömrəli və 10 avqust ta­rixli 273 nömrəli qərarları) ilə təsdiq edil­miş “Azərbaycan Respublikasında nota­riat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişik­liklər edilsin:

1.1. 6-cı hissənin “d” bəndində “Ci­nayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-11-ci və 12-1-ci” sözləri “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçu­luğun maliyyələşdirilməsinə qarşı müba­rizə haqqında” Azərbaycan Respublikası Qanununun 4-11-ci, 13-cü və 21.7-ci” sözləri ilə əvəz edilsin;

1.2. 7-ci hissənin onuncu abzasın­dan “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin abzasda “məlumat­lar” sözü “məlumat və sənədlər” sözləri ilə əvəz edilsin;

1.3. 16-cı hissənin altıncı abzasın­dan “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın;

1.4. 33-1-ci hissə üzrə:

1.4.1. birinci abzas aşağıdakı redak­siyada verilsin:

“33-1. Notariuslar daşınmaz əmlakın alqı-satqısı, pul vəsait-lərinin, qiymətli kağızların və ya digər əmlakın, habelə bank, depo, poçt, ödəniş və pul hesab­larının idarə olunması, habelə hüquqi şəxslərin yaradılması, onların fəaliyyəti­nin təmin və idarə edilməsi, bu məqsəd­lərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı ilə əlaqədar əməliyyatlarla bağlı notariat hərəkətləri aparılarkən əməliyyatın pred­meti olan əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələş­dirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallarda, həmçinin bu əməliy­yatlar yüksək riskli zonaların vətəndaşla­rı ilə, qeydiyyat, yaşayış və ya əsas fəa­liyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bank­da hesaba malik olan şəxslərlə və ya “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə bağlı həyata keçirildikdə, yaxud xarici dövlət­lərin siyasi nüfuzlu şəxslərinin əmlakı ilə bağlı olduqda, bu barədə məlumat və sənədləri maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.”;

1.4.2. ikinci-doqquzuncu abzaslar ləğv edilsin;

1.4.3. onuncu abzasda “Əməliyyatın tərəflərini qanunvericiliklə müəyyənləş­dirilmiş qaydada dəqiq eyniləşdirmək mümkün deyilsə və ya müştəri və ya benefisiar mülkiyyətçi barədə eyniləşdir­mə məlumatlarının təqdim edilməsindən imtina edilirsə, habelə müştəri və ya be­nefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təq­dim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığı aşkarlandıqda,” sözləri “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyə-ləşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.14-cü maddəsinə uyğun olaraq müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün olmadıqda,” sözləri ilə əvəz edilsin. 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1076; 2010, № 6, maddə 548; 2013, № 6, maddə 771; 2014, № 6, maddə 740; 2015, № 1, maddə 68; 2016, № 4, maddə 794; 2018, № 7 (II kitab), maddə 1635, № 9, maddə 1938; 2022, № 3, maddə 271) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təq­dim edilməsi Qaydası”nın 5.4-cü bəndin­dən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları