Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 292 Bakı şəhəri, 28 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2014-cü il 13 oktyabr tarixli 329 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasın­da Ünvan Reyestrinin fəaliyyətini tə­min edən informasiya sisteminə mə­lumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə Texniki Reqlament”də dəyi­şiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbay­can Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respub­likasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ün­van verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 2023-cü il 19 ap­rel tarixli 2110 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 noyabr tarixli 18 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublika­sında Ünvan Reyestrinin fəaliyyətini tə­min edən informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barə­də” 2023-cü il 19 aprel tarixli 2111 nöm­rəli fərmanlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 oktyabr tarixli 329 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1299; 2023, № 5, maddə 715) ilə təsdiq edilmiş “Azərbay­can Respublikasında Ünvan Reyestri­nin fəaliyyətini təmin edən informasiya sisteminə məlumat-ların daxil edilməsi və həmin məlumatlardan istifadə mexa­nizmi barədə Texniki Reqlament”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.4-cü, 3.5-ci bəndlərdə, 3.7.3-cü və 3.8.2-ci yarımbəndlərin ikinci cüm­lələrində, 4.2.2-ci, 4.2.3-cü və 7.3.4-cü yarımbəndlərdə “təyin edən” sözləri “məlumatlarını daxil edən” sözləri ilə əvəz edilsin.

2. 3.8-ci bənddə “çoxmənzilli binala­rın, fərdi yaşayış evlərinin, qeyri-yaşa­yış sahələrinin (onların tərkib hissələ­rinin)” sözləri “çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin” sözləri ilə, “ünvanların təyin edilməsi və” sözləri “dair ünvan məlumatlarının” sözləri ilə əvəz edilsin.

3. 3.8.1-ci və 3.8.2-ci yarımbənd­lərin birinci cümlələrində “təyin” sözü “daxil” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları