Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 284 Bakı şəhəri, 5 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunu­nun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barə­də” 2005-ci il 15 mart tarixli 40 nöm­rəli, “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) ilə bağlı tədbirlər barədə” 2005-ci il 22 iyun tarixli 116 nömrəli, “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndə­liklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”­nın təsdiq edilməsi barədə” 2006-cı il 27 mart tarixli 89 nömrəli, “Azərbaycan Respublikasında bəzi fəaliyyət növləri üzrə ixracın stimullaşdırılması haqqın­da” 2006-cı il 26 iyul tarixli 185 nömrəli, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edil­məsi barədə” 2007-ci il 13 avqust tarixli 127 nömrəli və “Audiovizual əsərlərin və fonoqramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılması­na görə qonorarın minimum məbləği­nin müəyyən edilməsi, bölüşdürülmə­si və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli 132 nömrəli qərarlarında dəyi­şiklik edilməsi barədə

Azərbaycan Respublikası Preziden­tinin “Azərbaycan Respublikasının İqti­sadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, “Azərbay­can Respublikasının İqtisadiyyat Nazir­liyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbay­can Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin və “Azərbaycan Respub­likası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respub­likasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəa­liyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişiklik­lər edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 254; 2006, № 3, maddə 300; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857; 2016, № 9, maddə 1585; 2017, № 4, maddə 643; 2019, № 2, maddə 340; 2023, № 4, maddə 604) ilə təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görül­məsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına müəssisə, idarə və təşkilatların buraxılması üçün icazənin alınması Qaydası”nda aşağıdakı dəyişik­liklər edilsin:

1.1. 12-ci hissənin yeddinci abzasında “Vergilər Nazirliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin;

1.2. 14-cü hissənin səkkizinci abza­sında “Vergilər Nazirliyinə” sözləri “İqtisa­diyyat Nazirliyi yanında Dövlət Vergi Xid­mətinə” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymət­lər miqyasının dəyişdirilməsi (denomina­siyası) ilə bağlı tədbirlər barədə” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 iyun tarixli 116 nömrəli Qə­rarının (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2005, № 6, maddə 552; 2008, № 5, maddə 432; 2014, № 2, maddə 201, № 6, maddə 747, 2016, № 5, maddə 955) 1-ci hissəsinin ikinci abza­sından “Vergilər Nazirliyi və” sözləri çıxa­rılsın.

3. Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2006-cı il 27 mart tarixli 89 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 308; 2009, № 10, maddə 853; 2017, № 9, maddə 1723; 2020, № 12 (V kitab), maddə 1580) ilə təsdiq edil­miş “Xarici ölkələrin diplomatik və kon­sulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”nın 3.1.1-ci yarımbəndinin beşinci abzasında “Vergilər Nazirliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 iyul tarixli 185 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 652; 2007, № 11, maddə 1187; 2014, № 1, maddə 69, № 2, maddə 201; 2016, № 5, maddə 955) ilə təsdiq edilmiş “İxrac məqsədli neft-qaz fəaliyyəti üzrə idxal əməliyyatlarında güzəştlərin veril­məsi Qaydaları”nın 8-ci hissəsindən “və Azərbaycan Respublikasının Vergilər Na­zirliyinə” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 avqust tarixli 127 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 853; 2008, № 9, maddə 853; 2016, № 9, maddə 1585, № 10, maddə 1710) ilə təsdiq edilmiş “Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyina­tı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi Qayda­sı”nın 2.1.1-ci yarımbəndində “Vergilər Nazirliyində” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 24 avqust tarixli 132 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 858; 2008, № 7, maddə 683; 2018, № 8, maddə 1809; 2020, № 10, maddə 1273; 2021, № 9, maddə 1050) ilə təsdiq edilmiş “Audiovizual əsərlərin və fonoq­ramın gəlir götürmədən şəxsi məqsədlər üçün surətinin çıxarılmasına görə qonora­rın minimum məbləğinin müəyyən edilmə­si, bölüşdürülməsi və ödənilməsi Qayda­ları”nın 5-ci hissəsində “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Döv­lət Vergi Xidməti” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları