Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 281 Bakı şəhəri, 5 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyən­ləşdirilməsi üçün sənədlərin Siyahı­sının təsdiq edilməsi barədə” 2001-ci il 4 yanvar tarixli 4 nömrəli, “Vergi ödəyicisinin əldəetdiyi mənfəəti (gə­liri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edil­məsi barədə” 2001-ci il 1 mart tarixli 55 nömrəli, “Prokurorluq orqanları işçilə­rinin maddi və sosial təminatı haqqın­da” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli, “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fizi­ki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın təsdiq edilmə­si haqqında” 2004-cü il 27 avqust tarix­li 118 nömrəli, “Ədliyyə orqanları işçilə­rinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 29 may tarixli 123 nömrəli və “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdi­rilmiş (konsolidə edilmiş) maliyyə he­sabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 27 may tarixli 97 nömrəli qərarlarında dəyişiklik edilmə­si barədə

Azərbaycan Respublikası Preziden­tinin “Azərbaycan Respublikasının İqti­sadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, “Azərbay­can Respublikasının İqtisadiyyat Nazir­liyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbay­can Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin və “Azərbaycan Respub­likası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respub­likasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəa­liyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişiklik­lər edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 53; 2002, № 10, maddə 635; 2003, № 6, maddə 342; 2008, № 8, mad­də 787; 2010, № 3, maddə 264, № 6, maddə 569; 2013, № 10, maddə 1200; 2016, № 9, maddə 1585, № 11, maddə 1976; 2019, № 3, maddə 513, № 7, mad­də 1319; 2021, № 3, maddə 282, № 4, maddə 405, № 10, maddə 1159, № 12, maddə 1535; 2022, № 8, maddə 1021) ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdiril­məsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinin üçüncü abzasında “Vergilər Na­zirliyinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, mad­də 211; 2003, № 4, maddə 214; 2010, № 12, maddə 1126; 2013, № 6, maddə 749) ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mən­fəətin (gəlirin) hesablanması Qaydaları”­nın 2-ci hissəsinin birinci abzasının birinci cümləsində “Vergilər Nazirliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Ver­gi Xidmətinin” sözləri ilə əvəz edilsin. 

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 651; 2010, № 12, maddə 1123; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş 12 nömrəli əlavə - “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilmə­si Qaydası”nın 2.2.3-cü yarımbəndində “Vergilər Nazirliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin. 

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 662; 2005, № 2, maddə 134; 2006, № 3, maddə 299; 2009, № 2, mad­də 157, № 10, maddə 853; 2012, № 3, maddə 252; 2014, № 6, maddə 747, № 8, maddə 1023; 2016, № 5, maddə 962, № 10, maddə 1709; 2017, № 3, maddə 487, № 11, maddə 2141; 2019, № 1, maddə 155, № 3, maddə 549; 2022, № 4, maddə 389) ilə təsdiq edilmiş “Müəssisə və təşki­latların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.4-cü, 3.6-cı, 3.7-ci, 3.8-ci və 3.10-cu bəndlərində ismin mü­vafiq hallarında “Vergilər Nazirliyi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Na­zirliyi yanında Dövlət Vergi Xidməti” sözlə­ri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 446; 2010, № 12, maddə 1123; 2012, № 4, maddə 400; 2017, № 4, mad­də 620; 2021, № 11, maddə 1290) ilə təs­diq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilmə­si Qaydası”nın 2.2.3-cü yarımbəndində “Vergilər Nazirliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 474; 2012, № 9, maddə 917; 2016, № 5, maddə 960, № 8, maddə 1427, № 10, maddə 1734; 2017, № 2, maddə 281; 2018, № 9, maddə 1938; 2021, № 4, maddə 406; 2022, № 3, maddə 291) ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdiril­miş (konsolidə edilmiş) maliyyə hesabat­larının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 5.2-ci bəndində “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları