Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 263 Bakı şəhəri, 4 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2020, № 1, maddə 63; 2021, № 4, maddə 395, № 5, maddə 505, № 9, maddə 1085) ilə təsdiq edilmiş “İcbari tib­bi sığorta üzrə Xidmətlər Zərfi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı hissə üzrə:

1.1. 6.5-ci bəndə “MRT (maqnit-rezonans tomoqrafiyası)” sözlərindən əvvəl “Bu Sənə­din əlavəsində olan cədvəlin 2.1.528-2.1.532-ci yarımbəndlərində nəzərdə tutulan ambula­tor tibbi xidmətlər,” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 6.6-6.7-ci bənd­lər əlavə edilsin:

“6.6. İxtisaslaşdırılmış ambulator tibbi xidmətin göstərilməsindən dərhal sonra sığor­taolunanın həmin tibb müəssisəsində stasio­nar şəraitdə müalicə olunmasının davamına tibbi göstəriş olduğu hallarda, stasionar müa­licədən əvvəl göstərilən tibbi xidmətə görə sığorta ödənişi həyata keçirilmir, stasionar tibbi xidmətin tarifinə əsasən sığorta ödənişi hesablanır və ödənilir.

6.7. Bu Sənədin əlavəsində olan cədvə­lin 2.2.1-2.2.77-ci yarımbəndlərində nəzərdə tutulan ambulator tibbi xidmətlər sığortaolu­nanlara aşağıdakı şərtlərlə göstərilir:

6.7.1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bir təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən tibbi xidmət üzrə 30 (otuz) müraciət və hər bir müraciət zamanı 3 (üç) xidmətdən artıq olmamaq şərtilə sığorta limiti çərçivəsində verilir;

6.7.2. bu Sənədin 6.7.1-ci yarımbəndində nəzərdə tutulmuş müraciət üzrə say məhdu­diyyəti və sığorta limiti Azərbaycan Respub­likasının ərazi bütövlüyü uğrunda döyüş əmə­liyyatlarında iştirak edərək əlilliyi müəyyən olunmuş, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əmə­liyyatları zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış şəxslərə şamil edilmir.”.

2. 7-ci hissə üzrə:

2.1. 7.1-ci bənddə “XBT-09” sözləri “XBT-9” sözləri ilə əvəz edilsin;

2.2. 7.3-cü bənddə “Sığortaolunan” sözü “Bu Sənədin əlavəsində olan cədvə­lin 2.6.978-2.6.982-ci, 2.7.146-2.7.160-cı, 2.7.261-ci yarımbəndlərində nəzərdə tutulan stasionar tibbi xidmətlər istisna olmaqla, sı­ğortaolunan” sözləri ilə əvəz edilsin;

2.3. 7.4-cü bənddə “Stasionar” sözü “Bu Sənədin 6.5-ci bəndi nəzərə alınmaqla, stasio­nar” sözləri ilə əvəz edilsin;

2.4. 7.5-ci bənddə “2.5.1-2.5.39-cu” söz­ləri “2.5.1-2.5.32-ci” sözləri ilə əvəz edilsin;

2.5. aşağıdakı məzmunda 7.6-cı bənd əlavə edilsin:

“7.6. Bu Sənədin əlavəsində olan cədvə­lin 2.5.1-2.5.19-cu yarımbəndlərində nəzər­də tutulan invaziv cərrahi müdaxilə zamanı bu Sənədin əlavəsində olan cədvəlin 2.5.29-2.5.31-ci yarımbəndlərində nəzərdə tutulan xidmətlərin göstərilməsi tələb olunarsa, bu Sənədin əlavəsində olan cədvəlin 2.5.29-2.5.31-ci yarımbəndlərində nəzərdə tutulan xidmətlərin dəyəri tarifin 100 (yüz) faizi həc­mində, bu Sənədin əlavəsində olan cədvəlin 2.5.1-2.5.19-cu yarımbəndlərində nəzərdə tu­tulan invaziv radioloji xidmətlərin dəyəri isə tarifin 50 (əlli) faizi həcmində hesablanır.”.

3. 8-ci hissə üzrə:

3.1. 8.1-ci bənddə “2.6.1-2.6.950-ci, 2.7.1-2.7.255-ci” sözləri “2.6.1-2.6.1334-cü, 2.7.1-2.7.266-cı” sözləri ilə, “XBT-09-a” söz­ləri “XBT-9-a” sözləri ilə əvəz edilsin:

3.2. 8.3.3-cü yarımbənddə “2.6.1-2.6.6-cı, 2.6.29-cu, 2.6.139-cu, 2.6.268-ci, 2.6.283-cü, 2.6.286-cı və 2.6.288-ci, 2.6.336-cı və 2.6.802-ci” sözləri “2.6.1-2.6.9-cu, 2.6.14-cü, 2.6.23-2.6.25-ci, 2.6.52-ci, 2.6.442-2.6.443-cü, 2.6.463-2.6.469-cu, 2.6.563-2.6.565-ci, 2.6.604-cü, 2.6.1056-2.6.1065-ci, 2.6.1143-cü, 2.6.1167- 2.6.1171-ci, 2.6.1194-2.6.1196-cı, 2.6.1234-2.6.1236-cı, 2.6.1271-2.6.1273-cü, 2.6.1326-cı və 2.6.1330-cu” sözləri ilə əvəz edilsin;

3.3. 8.3.4-cü yarımbənddə “2.6.232-ci, 2.6.573-cü, 2.6.588-ci, 2.6.601-ci, 2.6.622-ci, 2.6.661-ci, 2.6.693-cü və 2.6.797-ci” sözləri “2.6.376-cı, 2.6.780-ci, 2.6.807-ci, 2.6.902-ci və 2.6.1132-ci” sözləri ilə əvəz edilsin;

3.4. 8.4-cü bənddə “Stasionar” sözü “Bu Sənədin 8.4-1-ci bəndi nəzərə alınmaqla, sta­sionar” sözləri ilə əvəz edilsin;

3.5. aşağıdakı məzmunda 8.4-1-ci bənd əlavə edilsin:

“8.4-1. Sığortaolunana bu Sənədin əlavə­sində olan cədvəlin 2.6.1-2.6.1334-cü yarım­bəndlərində nəzərdə tutulmuş və tarifi 200 (iki yüz) manat məbləğini aşmayan stasionar cərrahi tibbi xidmətlərin göstərilməsi zamanı sığortaolunanın 24 saat ərzində evə yazıldığı hallarda bu xidmətlərin dəyəri 100 (yüz) faiz həcmində ödənilir.”.

3.6. 8.5-ci bəndə “Sığortaolunana” sözün­dən sonra “bu Sənədin 8.5-1-8.5-4-cü bənd­ləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin;

3.7. aşağıdakı məzmunda 8.5-1-8.5-4-cü bəndlər əlavə edilsin:

“8.5-1. Sığortaolunana bu Sənədin əlavə­sindəki cədvəlin 2.6.1-2.6.977-ci və 2.6.983-2.6.1334-cü yarımbəndlərində nəzərdə tu­tulmuş tarifi 200 (iki yüz) manat məbləğini aşmayan stasionar cərrahi xidmətin, həmçinin 2.6.978-2.6.982-ci yarımbəndlərində nəzərdə tutulan stasionar cərrahi xidmətin göstəril­məsi zamanı stasionar terapevtik xidmətlər göstərildiyi təqdirdə hər bir stasionar tibbi xidmətin dəyəri 100 (yüz) faiz həcmində he­sablanır və ödənilir.

8.5-2. Sığortaolunana bu Sənədin əlavə­sində olan cədvəlin 2.7.17-ci, 2.7.109-cu yarımbəndlərində nəzərdə tutulmuş stasio­nar terapevtik xidmətin göstərilməsi zamanı, həmçinin 2.6.1-2.6.9-cu, 2.6.19-2.6.20-ci, 2.6.482-2.6.483-cü, 2.6.544-cü, 2.6.562-ci, 2.6.1330-cu yarımbəndlərində nəzərdə tutulan stasionar cərrahi xidmətlər göstərildiyi təqdir­də, hər bir stasionar tibbi xidmətin dəyəri 100 (yüz) faiz həcmində hesablanır və ödənilir.

8.5-3. Bu Sənədin əlavəsində olan cəd­vəlin 2.7.1-2.7.261-ci yarımbəndlərində nəzərdə tutulan stasionar terapevtik xidmət­lərin və 2.6.1-2.6.1332-ci yarımbəndlərində nəzərdə tutulan stasionar cərrahi xidmətlərin göstərilməsi zamanı terapevtik və ya cərrahi müdaxilələrin ağırlaşmaları nəticəsində, tib­bi göstərişlərə əsasən stasionar şəraitdə 22 (iyirmi iki) gündən artıq terapevtik müalicə tələb edən diaqnozlar (A00-B99), (D50-D89), (E00-E88), (G00-G97), (H01-H59), (H60-H95), (I01-I99), (J01-J21.1), (J21.9-J98), (K09-K92), (L04-L98), (M00-M96), (N00-N99), (O00-O98), (P00-P96), (S00-T95) və cərrahi prosedurlar üzrə 22 (iyirmi iki) gün müddətindən artıq olan stasionar müalicə üçün əlavə ödəniş, bu Sənədin əlavəsində olan cədvəlin 2.7.263-cü yarımbəndində nəzərdə tutulan stasionar tera­pevtik xidmətin tarifi əsasında hesablanır və ödənilir.

8.5-4. Bu Sənədin əlavəsində olan cəd­vəlin 2.7.1-2.7.261-ci yarımbəndlərində nəzərdə tutulan stasionar terapevtik xidmət­lərin və 2.6.1-2.6.1332-ci yarımbəndlərində nəzərdə tutulan stasionar cərrahi xidmətlərin göstərilməsi zamanı stasionar müalicəsinin ağırlaşmaları nəticəsində, tibbi göstərişlərə əsasən reanimasiya və intensiv terapiya təd­birlərinin həyata keçirilməsini tələb edən di­aqnozlar (A00-B99), (D50-D89), (E00-E88), (G00-G97), (H01-H59), (H60-H95), (I01-I99), (J01-J21.1), (J21.9-J98), (K09-K92), (L04-L98), (M00-M96), (N00-N99), (O00-O98), (P00-P96), (S00-T95) və cərrahi prosedurlar üçün əlavə ödəniş, bu Sənədin əlavəsində olan cədvəlin 2.7.264-2.7.266-cı yarımbəndlərində nəzərdə tutulan stasionar terapevtik xidmətlərin tarifi əsasında hesablanır və ödənilir.”. 

3.8. 8.6-cı bənddə “2.7.203-2.7.208-ci, 2.7.235-ci, 2.7.211-ci və 2.7.253-cü” sözləri “2.7.206-2.7.211-ci, 2.7.214-cü və 2.7.238-ci” sözləri ilə əvəz edilsin və həmin bəndə “müalicəsi üçün” sözlərindən sonra “eyni sə­bəbdən” sözləri əlavə edilsin.

4. 9-cu hissə üzrə:

4.1. 9.1.2-ci yarımbənddə “40 (qırx)” söz­ləri “65 (altmış beş)” sözləri ilə əvəz edilsin.

4.2. 9.2-ci və 9.4-cü bəndlər ləğv edilsin.

5. Aşağıdakı məzmunda 9-1-ci hissə əlavə edilsin:

“9-1. Qaraciyər və böyrək transplantasi­yasını, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasını tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri

9-1.1. Bu təminat qaraciyər, böyrək, sü­mük iliyi və hematopoetik kök hüceyrələrin transplantasiyasına tibbi göstərişi olan, müa­licə protokolları və kliniki tövsiyələr əsasında diaqnozu təsdiqlənmiş sığortaolunanlara (re­sipiyentlərə) şamil edilir.

9-1.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən qaraciyər transplantasiyası­nın say həddi 100, böyrək transplantasiyası­nın say həddi 150, sümük iliyi və ya hemato­poetik kök hüceyrələrin transplantasiyasının say həddi 20 müəyyən edilir.

9-1.3. Transplantasiya xidmətlərinin göstərilməsi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblə­rinə uyğun həyata keçirilir.”.

6. 11.1.3-cü yarımbəndə “yerləşdirilməsi” sözündən sonra “və transplantasiya xidmətlə­ri” sözləri əlavə edilsin.

7. “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə Əlavə yeni redaksiyada verilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları