Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 285 Bakı şəhəri, 5 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı “Azərenerji” səhm­dar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borc­ları üzrə hesablaşma Qaydası”nın təsdiq edilməsi haqqında” 2001-ci il 10 dekabr tarixli 194 nömrəli, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalı­şan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edil­məsi haqqında” 2002-ci il 22 avqust tarixli 137 nömrəli, “Atmosfer hava­sına atılan zərərli maddələrin sta­sionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılma­nın texniki normativlərinin müəyyən edilməsi haqqında” 2002-ci il 18 de­kabr tarixli 198 nömrəli, “Obyektlər­də elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında” 2004-cü il 27 iyul tarixli 101 nömrəli və “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarların­da dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Preziden­tinin “Azərbaycan Respublikasının İqti­sadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqın­da” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanının 4.4-cü bəndinin, “Azərbaycan Respublikasının İqtisadiy­yat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İq­tisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyəti­nin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarix­li 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyi­şiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin və “Azərbaycan Res­publikası İqtisadiyyat Nazirliyinin fəaliy­yətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmil­ləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barə­də” Azərbaycan Respublikası Prezi­dentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr ta­rixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarix­li 1017 nömrəli Fərmanının 9.3-cü bən­dinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2001-ci il 10 dekabr tarixli 194 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2001, № 12, maddə 804; 2002, № 10, maddə 641, № 12, maddə 749; 2003, № 7, maddə 391; 2006, № 1, maddə 59, № 4, maddə 373; 2009, № 10, maddələr 846, 853, № 12, mad­də 1065; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955; 2020, № 12 (V ki­tab), maddə 1580) ilə təsdiq edilmiş “Bakıelektrikşəbəkə” səhmdar cəmiy­yətinin idarəetməyə verilməsi ilə bağlı “Azərenerji” səhmdar cəmiyyətinin döv­lət büdcəsinə və digər subyektlərə ya­ranan borcları üzrə hesablaşma Qay­dası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-ci bənddə “Vergilər” sözü “İqtisadiyyat” sözü ilə əvəz edilsin və həmin bənddən “İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, və” söz­ləri çıxarılsın;

1.2. 2.3-cü bənddən “, Azərbaycan Respublikasının Əmlak Məsələləri Döv­lət Komitəsinə, Vergilər Nazirliyinə” söz­ləri çıxarılsın.

2. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində ça­lışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin mi­nimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli Qərarının (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 548; 2003, № 4, maddə 225, № 7, maddə 392, № 10, maddə 616; 2004, № 5, maddə 379; 2005, № 9, maddə 853; 2007, № 2, maddə 191; 2008, № 2, maddələr 104, 112, № 6, maddə 584, № 8, mad­də 788; 2010, № 4, maddə 361, № 6, maddə 566; 2012, № 3, maddə 265; 2013, № 6, maddə 728, № 8, maddə 1035; 2014, № 6, maddə 728; 2015, № 4, maddə 461, № 10, maddə 1217, № 11, maddə 1418; 2017, № 5, maddə 983; 2021, № 4, maddə 413) 7-ci hissə­sində “Əmlak Məsələləri Dövlət Komitə­si” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” söz­ləri ilə əvəz edilsin.

3. “Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərinin müəyyən edil­məsi haqqında” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2002-ci il 18 dekabr tarixli 198 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2002, № 12, maddə 750; 2009, № 1, maddə 32; 2018, № 8, maddə 1817) 3-cü hissəsində “Antiinhi­sar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri “İqtisadiyyat Nazirli­yi yanında Antiinhisar və İstehlak Baza­rına Nəzarət Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin.

4. “Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 iyul tarixli 101 nömrəli Qərarının (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 592; 2005, № 6, maddə 558; 2006, № 1, maddə 59, № 4, maddə 370, № 9, maddə 822, № 11, maddə 1000; 2008, № 5, maddə 432; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 4, maddə 359; 2018, № 8, maddə 1817) 5-ci hissəsinin ikinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazir­liyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə” sözləri ilə, 7-ci hissəsinin bi­rinci abzasında və 8-ci hissəsində “An­tiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1, maddə 32, № 10, mad­də 846; 2010, № 1, maddə 49; 2012, № 2, maddə 183; 2013, № 6, maddə 738; 2014, № 1, maddə 69, № 2, mad­də 201, № 7, maddə 925; 2016, № 4, maddə 772, № 5, maddə 955; 2017, № 3, maddə 478; 2018, № 3, maddə 624, № 8, maddə 1817, № 10, maddə 2174; 2020, № 6, maddə 788; 2021, № 3, maddə 301, № 9, maddə 1084, № 11, maddələr 1256, 1271; 2022, № 4, mad­dələr 402, 403, № 12, maddə 1533) ilə təsdiq edilmiş “Elektrik enerjisindən is­tifadə Qaydaları”nda aşağıdakı dəyişik­liklər edilsin:

5.1. 7.15-ci bəndin birinci abza­sında, 7.16-cı bənddə, 8.7-ci bəndin üçüncü abzasının beşinci cümləsin­də, 8.15-ci bəndin üçüncü cümləsində və 12.6-cı bəndin dördüncü abzasının beşinci cümləsində “Antiinhisar və İs­tehlak Bazarına Nəzarət Dövlət Agent­liyinin” sözləri “İqtisadiyyat Nazirliyi ya­nında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

5.2. 12.1-ci bəndin üçüncü və dör­düncü abzaslarında “İqtisadi İnkişaf Nazirliyinə Əmlak Məsələləri Dövlət Ko­mitəsinə” sözləri “Azərbaycan Respub­likasının İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları