Diaspor gəncləri Ulu öndərin Vətənində

post-img

“Heydər Əliyev İli” çərçivəsində qədim Naxçıvanda “Diaspor Gənclərinin IV Yay Düşərgəsi”nin rəsmi açılış mərasimi keçirilib.

“Heydər Əliyev və diaspor qurucu­luğu” mövzusunda sənədli filmin nüma­yişindən sonra Azərbaycan Respub­likası Prezidentinin Naxçıvan Muxtar Respublikasında xüsusi nümayəndəsi Fuad Nəcəfli düşərgə iştirakçılarını salamlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisi sədrinin birinci müavini Əli Hü­seynli və Heydər Əliyev Fondunun nü­mayəndəsi Aydan Ramazanova düşər­gənin işinə uğurlar arzulayıblar.

Tədbir bədii hissə ilə yekunlaşıb.

Avqustun 18-dək davam edəcək Diaspor Gənclərinin IV Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə gerçəkləşdirilir. Düşərgənin tərəf­daşı Heydər Əliyev Fondudur, təşki­lati dəstəyi Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Res­publikasındakı xüsusi nümayəndəliyinə göstərir.

Diaspor tarixinin möhtəşəm la­yihələrindən biri hesab olunan IV Yay Düşərgəsində 53 ölkəni təmsil edən 100-dən çox gənc iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələ­rində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var. Layihənin Heydər Əliyevin bir əsr öncə dünyaya gəldiyi qədim Naxçıvan şəhərində ke­çirilməsi Ulu öndərin xatirəsinə dərin ehtiramı ifadə edir.

“Xalq qəzeti”

Son xəbərlər