Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 271 Bakı şəhəri, 5 avqust 2023-cü il

“İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği”nin təsdiq edilməsi haqqında

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanu­nunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 831-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2023-cü il 11 aprel tarixli 2097 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği” təsdiq edilsin (əlavə olunur). 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 avqust 

tarixli 271 nömrəli Qərarı ilə 

təsdiq edilmişdir.

 

 

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun  ............müəyyən olunmasına görə xidmət haqqının məbləği

 

 

Sıra

№-si
Xidmətin adı

 
Xidmət haqqının məbləğı

(manatla, ƏDV daxil)
1.
İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə avtomobilləri ilə müşayiət olunması

(1 kilometr üçün)
1,49
2.
İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müşayiət

avtomobilləri ilə müşayiət olunması

(1 kilometr üçün)
1,68
3.
Hərəkət marşrutunun müəyyən olunması
30
 

 

 

 

Nazirlər kabinetinin qərarları