Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 282 Bakı şəhəri, 5 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələ­rinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli, “Meşə təsərrüfatı sahə­sinə dair bəzi normativ hüquqi aktlar haqqında” 1999-cu il 8 noyabr tarixli 174 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İs­tehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təşkili və “Malın mənşəyi haqqında sertifikat” formasının təsdiq edilməsi haqqında” 2000-ci il 5 dekabr tarixli 211 nömrəli, “Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 8 iyul tarixli 102 nömrəli, “Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsinin təsdiq edilməsi barədə” 2002-ci il 2 avqust tarixli 124 nömrəli, “Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadan-lıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydalarının təsdiq edilməsi haqqın­da” 2002-ci il 17 oktyabr tarixli 159 nömrəli, “Güzəştlərin tətbiqi Qaydasının, Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin he­sablanması üsulunun təsdiq edilməsi və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında” 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli və “Qiymətli və keyfiyyətli tütün is­tehsalı üzrə Dövlət Proqramı”nın və “Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri haqqında Əsasnamə”nin və “Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2002-ci il 22 noyabr tarixli 185 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturu­nun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərma­nının 4.4-cü bəndinin, “Azərbaycan Res­publikasının İqtisadiyyat Nazirliyi haqqın­da Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəa­liyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respubli­kası Prezidentinin 2006-cı il 28 dekabr ta­rixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilmə­si haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanının 3.3-cü bəndinin və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilmə­si ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyi­şikliklər edilməsi barədə” Azərbaycan Res­publikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublika­sı Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilmə­si barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanının 9.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli Qərarında (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 597; 2001, № 1, maddə 74; 2006, № 7, maddə 653; 2008, № 6, maddə 597; 2014, № 2, maddə 201; 2016, № 4, maddə 816, № 5, maddə 955; 2018, № 8, maddə 1817, № 10, maddə 2175, № 11, maddə 2448; 2019, № 1, maddə 154; 2022, № 4, maddə 385, № 8, maddə 986) aşağıdakı də­yişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş “Nəq­liyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında Nümunəvi Əsasnamə”nin 2.3-2-ci bəndində “Antiin­hisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri “İqtisadiyyat Nazirli­yi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Nəq­liyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında Nü­munəvi Əsasnamə”nin 2.4-2-ci bəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözlə­ri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr tarixli 174 nömrəli Qərarında (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 649; 2004, № 3, maddə 193; 2005, № 1, maddə 49; 2006, № 5, maddə 472; 2009, № 1, maddə 32; 2010, № 8, maddə 765; 2015, № 11, maddə 1418; 2018, № 8, maddə1817) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş “Meşə fondu torpaqlarının geri alınması ilə əlaqə­dar meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi Qaydası”nın 3-cü hissəsinin dör­düncü abzasında və Qaydaya əlavə olunmuş akt nümunəsində “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti­nin” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Kö­küstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdı­rılmasının təşkili və aparılması Qaydası”nın 2-ci hissəsinin birinci və ikinci abzasların­da, 4-cü hissəsində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “akkreditasiya edilmiş uyğunluğu qiymət­ləndirən qurumlar” sözləri ilə əvəz edilsin;

2.3. 6-cı hissədə “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmə­ti” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının İqtisa­diyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təşkili və “Malın mənşəyi haqqında sertifikat” forma­sının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 5 dekabr tarixli 211 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunverici­lik Toplusu, 2000, № 12, maddə 862; 2003, № 8, maddə 456; 2008, № 4, maddə 320; 2009, № 10, maddə 852; 2012, № 7, mad­də 778; 2014, № 6, maddə 736; 2016, № 5, maddə 955) adında, 4-cü hissəsində və 6-cı hissəsinin dördüncü abzasında ismin müva­fiq hallarında “Antiinhisar Siyasəti və İsteh­lakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti” sözləri ismin müvafiq hallarında “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin. 

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 442; 2006, № 9, maddə 822; 2008, № 5, maddə 430; 2009, № 1, maddə 32; 2014, № 7, maddə 927, № 12, maddə 1677; 2018, № 8, maddə 1817, № 9, maddə 1924, № 11, maddə 2448) ilə təsdiq edilmiş “Təh­lükə potensiallı obyektlərdə istehsal və isti­fadə olunan texniki qurğulara və avadanlıq­lara sertifikatın verilmə Qaydaları”nın 2.7-ci bəndində “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri “İqtisa­diyyat Nazirliyi yanında Antiinhisar və İs­tehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 535; 2016, № 4, maddə 831; 2019, № 4, maddə 746; 2021, № 10, maddə 1162) ilə təsdiq edilmiş “Tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunun nümunəsi”ndə aşağıdakı dəyişikliklər edil­sin:

5.1. 17-ci hissədə “ Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiə­si Dövlət Xidməti” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin;

5.2. Qeyd hissəsinin 1-ci və 2-ci bəndlə­rində “Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 159 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 642; 2009, № 1, maddə 32; 2015, № 5, maddə 663; 2018, № 8, maddə 1817) ilə təsdiq edilmiş “Yanacağın, texniki qur­ğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, ava­danlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydaları”nın 1.6-cı, 1.7-ci bəndlərində, 2.1-ci bəndinin ikinci, 2.2-ci bəndinin birinci, 2.5-ci bəndinin be­şinci, 3.1-ci bəndinin ikinci və onuncu ab­zaslarında ismin müvafiq hallarında “Anti­inhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmə­ti” sözləri ilə əvəz edilsin. 

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 648; 2016, № 7, maddə 1364; 2019, № 4, maddə 746, № 7, maddə 1334; 2020, № 9, maddə 1202) ilə təsdiq edilmiş “Güzəştlərin tətbiqi Qaydası”nın 4-cü hissə­sində “Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 noyabr tarixli 185 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 687; 2005, № 6, maddə 558; 2006, № 4, maddə 370; 2009, № 1, maddə 32; 2012, № 1, maddə 31; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955; 2017, № 9, maddə 1744; 2018, № 8, maddə 1817; 2022, № 12, maddə 1558) ilə təsdiq edilmiş “Tü­tünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın I bölməsinin 2-ci hissəsindən “Vergilər Nazirliyi,”, “Azərbay­can Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi,” sözləri, II bölməsinin 2-ci hissəsindən “, Azərbay­can Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri (hər iki halda) və “Vergilər Nazirliyi,” söz­ləri çıxarılsın. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları