Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 270 Bakı şəhəri, 5 avqust 2023-cü il

“Azərbaycan Respublikasında dövlət bü­dcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2011, № 7, maddə 747; 2012, № 8, maddələr 827, 830; 2013, № 3, maddə 347, № 7, maddə 886, № 8, maddə 1017, № 10, mad­də 1218; 2014, № 1, maddələr 51, 69, № 2, mad­də 201, № 4, maddə 441, № 5, maddələr 572, 594, № 6, maddə 747, № 8, maddə 1015, № 12, maddələr 1658, 1666; 2015, № 2, maddə 227, № 11, maddə 1417; 2016, № 3, maddə 609, № 4, maddə 831, № 5, maddə 955, № 7, maddə 1353, № 8, maddə 1437, № 9, maddələr 1585, 1589, № 12, maddə 2241; 2017, № 5, maddə 966, № 10, maddələr 1890, 1919, № 11, maddə 2168, № 12 (II kitab), maddələr 2476, 2487, 2507; 2018, № 3, maddələr 588, 632, № 6, maddə 1374, № 7 (II kitab), maddə 1668, № 8, maddə 1807, № 9, maddə 1906, № 10, maddələr 2142, 2172, № 11, maddə 2426; 2019, № 3, maddələr 529, 563; 2020, № 2, maddə 204, № 4, maddə 500, № 5, maddə 652, 8, maddə 1123, № 9, maddə 1217, № 10, maddələr 1258, 1296, № 11, maddə 1405, № 12 (V kitab), maddə 1616; 2021, № 2, maddə 203, № 3, maddələr 265, 276, № 4, maddə 420, № 6 (IV kitab), maddə 682; 2022, № 1, maddə 59, № 3, maddə 277, № 4, maddələr 387, 411, № 5, maddə 544, № 6, maddə 683, № 7, maddə 811, № 9, maddələr 1083, 1109, № 11, maddə 1356, № 12, maddələr 1552, 1560; 2023, № 5, maddə 734; Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2023-cü il 19 iyul tarixli 234 nömrəli Qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının apa­ratları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələ­ri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, ta­beliyində olan orqanlar, mərkəzi icra hakimiyyə­ti orqanlarının yanında yaradılan dövlət agentlik­lərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillə­rinin say həddi (limiti)”nin cədvəlində aşağıdakı dəyişikliklər edilsin: 

1. 37-ci hissənin “cəmi” sütununda “18” rəqəmləri “13” rəqəmləri ilə, “ərazi və yerli bölmələr üzrə” sütununda “15” rəqəmləri “10” rəqəmləri ilə əvəz edilsin. 

2. 39-cu hissənin “cəmi” sütununda “15” rəqəmləri “26” rəqəmləri ilə, “ərazi və yerli bölmələr üzrə” sütununda “12” rəqəmləri “23” rəqəmləri ilə əvəz edilsin. 

3. 41-ci hissə ləğv edilsin. 

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş

Nazirlər kabinetinin qərarları