Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 268 Bakı şəhəri, 5 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsa­iti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edil­məsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizin­ci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 887; 2022, № 9, maddə 1101, № 12, maddə 1547) ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin veril­məsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 

1. 2.1.2-ci yarımbənddə “və peşə təh­sili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində” sözləri “, peşə təhsili pillə­sinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrində” sözləri ilə əvəz edil­sin.

2. 3.4.1-ci yarımbənd üzrə:

2.1. “birinci” sözündən əvvəl “ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) sə­viyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində” sözləri əlavə edilsin;

2.2. “peşə təhsili müəssisələrində” sözləri “peşə təhsili pilləsinin yüksək tex­niki peşə təhsili səviyyəsində” sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 3.4.1-1-ci ya­rımbənd əlavə edilsin:

“3.4.1-1. birinci tədris ilinin ilk semestri (yarımili) üçün peşə təhsili pilləsinin tex­niki peşə təhsili səviyyəsində attestata müvafiq fənlər üzrə yazılmış yekun qiy­mətlərin ədədi ortasının Fondun Himayə­çilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə aralıq qiy­mətləndirmə nəticəsi 5 ballıq qiymət şka­lasına (2, 3, 4, 5) əsasən 4 və 5 olanlar);”.

4. 3.9.2-ci yarımbəndə “balın” sözün­dən sonra “və peşə təhsili pilləsinin texniki peşə təhsili səviyyəsində attestata müva­fiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortasının” sözləri əlavə edilsin.

5. 4.2.1-ci yarımbənddə “(peşə təhsili müəssisələrində təhsilalanlara münasi­bətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olan)” sözləri “(peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymət­ləndirmə balı 71 bal və yuxarı, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara müna­sibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən 4 və 5 olan)” sözləri ilə əvəz edilsin.

6. 4.2.2-ci, 4.3.1-ci və 4.3.2-ci yarım­bəndlərdə “(peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymət­ləndirmə balı 91 və yuxarı olan)” sözləri “(peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı, texniki peşə təhsili sə­viyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən 5 olan)” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları