Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 262 Bakı şəhəri, 3 avqust 2023-cü il
“Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası”nın təsdiq edilməsi və “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli Qərarının ləğv edilməsi barədə
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 yanvar tarixli 1960 nömrəli Fərmanının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1202; 2015, № 2, maddə 215; 2018, № 9, maddə 1938) ləğv edilsin.
3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
4. Bu Qərar 2023-cü il və növbəti illər üzrə tərtib edilən maliyyə hesabatlarına şamil edilir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 avqust
tarixli 262 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Siyasi partiyanın maliyyə hesabatının forması,
məzmunu və təqdim edilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.
1.2. Siyasi partiya maliyyə hesabatını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”na uyğun tərtib edir.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Siyasi partiyalar haqqında” və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunlarında, eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
2. Maliyyə hesabatının forması
2.1.Siyasi partiyanın maliyyə hesabatının tərkibi aşağıdakı-lardan ibarətdir:
2.1.1. maliyyə vəziyyəti haqqında hesabat (1 nömrəli əlavə);
2.1.2.maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat (2 nömrəli əlavə);
2.1.3. əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
2.2. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan hesabatların forması bu Qaydaya 1 və 2 nömrəli əlavələrlə müəyyən edilir.
3. Maliyyə hesabatının məzmunu
3.1. Siyasi partiyanın maliyyə vəziyyəti haqqında hesabatına aşağıdakılar barədə məlumatlar daxil edilir:
3.1.1. qeyri-maddi aktivlər;
3.1.2. torpaq, tikili və avadanlıqlar;
3.1.3. daşınmaz əmlaka investisiyalar;
3.1.4. uzunmüddətli debitor borcları;
3.1.5. sair uzunmüddətli aktivlər;
3.1.6. ehtiyatlar;
3.1.7. qısamüddətli debitor borcları;
3.1.8. pul vəsaitləri və onların ekvivalentləri;
3.1.9. sair qısamüddətli aktivlər;
3.1.10. ehtiyat fondu;
3.1.11. bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər);
3.1.12. uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər;
3.1.13. uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;
3.1.14. uzunmüddətli kreditor borcları;
3.1.15. sair uzunmüddətli öhdəliklər;
3.1.16. qısamüddətli faiz xərcləri yaradan öhdəliklər;
3.1.17. qısamüddətli qiymətləndirilmiş öhdəliklər;
3.1.18. vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər;
3.1.19. qısamüddətli kreditor borcları;
3.1.20. sair qısamüddətli öhdəliklər.
3.2. Siyasi partiyanın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatına aşağıdakılar barədə məlumatlar daxil edilir:
3.2.1. gəlirlər, o cümlədən:
1. üzvlük haqqı;
2. ianə;
3. dövlət maliyyə yardımı;
4. çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir;
5. ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat mate-riallarının hazırlanması və satışından gəlir;
6. mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir;
7. hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak;
8. qanunla qadağan olmayan digər gəlirlər;
3.2.2. xərclər, o cümlədən:
1. cari işlərə sərf olunan vəsait;
2. siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər;
3. ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər;
4. yerli (aşağı) təşkilatlara ödənişlər;
5. kreditlər üzrə faizlər;
6. fərdi xərclər;
7. sair xərclər;
8. ümumi mənfəət (zərər).
3.3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərə aşağıdakı məlumatlar daxil edilir:
3.3.1. siyasi partiyanın qərargahının yerləşdiyi yer (hüquqi ünvanı), habelə hesabat dövrü ərzində işçilərinin orta sayı barədə məlumatlar;
3.3.2. maliyyə hesabatının tərtibi ilə bağlı əhəmiyyətli uçot siyasətlərinin açıqlanmasını təmin edən məlumatlar (maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalar);
3.3.3. maliyyə vəziyyəti haqqında hesabatla bağlı aşağıdakı məlumatlar açıqlanır:
1. uzunmüddətli aktivlər və qısamüddətli aktivlər bölmələri üzrə - hesabat dövrünün və əvvəlki dövrün əvvəlinə və sonuna aktivlərin dəyəri, habelə onların hərəkəti barədə məlumatlar;
2. xalis aktivlər (kapital) bölmələri üzrə - hesabat dövrünün və əvvəlki dövrün əvvəlinə və sonuna xalis aktivlərin (kapitalın) dəyəri, habelə onların hərəkəti barədə məlumatlar;
3. uzunmüddətli öhdəliklər və qısamüddətli öhdəliklər bölmələri üzrə - hesabat dövrünün və əvvəlki dövrün əvvəlinə və sonuna öhdəliklərin dəyəri, habelə onların hərəkəti barədə məlumatlar;
3.3.4. maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatla bağlı aşağıdakı məlumatlar açıqlanır:
1. hesabat dövrü və əvvəlki dövr ərzində əldə edilmiş gəlirlərlə əlaqədar ayrı-ayrılıqda gəlir növləri və məbləğləri barədə məlumatlar;
2. hesabat dövrü və əvvəlki dövr ərzində xərclənmiş məbləğlərlə əlaqədar ayrı-ayrılıqda xərc istiqamətləri və məbləğləri barədə məlumatlar.
3.4. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciəti əsasında siyasi partiya maliyyə-təsərrüfat fəaliyyətinə dair əlavə məlumatları və sənədləri təqdim etməlidir.
4. Maliyyə hesabatı üçün hesabat dövrü
4.1. İllik maliyyə hesabatı üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:
4.1.1. siyasi partiya üçün hesabat dövrü yanvarın 1-dən dekabrın 31-i də daxil olmaqla;
4.1.2. il ərzində oktyabrın 1-dək yeni yaradılan siyasi partiya üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabrın 31-i də daxil olmaqla;
4.1.3. oktyabrın 1-dən sonra yeni yaradılmış siyasi partiya üçün isə birinci hesabat dövrü onların qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabrın 31-i də daxil olmaqla.
5. Maliyyə hesabatının təqdim edilməsi qaydası
5.1. Siyasi partiyanın illik maliyyə hesabatı “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun əldə edilmiş auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. Maliyyə hesabatı siyasi partiyanın rəhbəri (siyasi partiyanın sədri, siyasi partiyada sədr vəzifəsi olmadığı halda, partiyanın qurultayarası kollegial idarəetmə orqanının rəhbəri) və baş mühasibi tərəfindən imzalanır və siyasi partiyanın möhürü ilə təsdiq edilir.
5.2. Maliyyə hesabatlarında heç bir pozuntu və qaralamalara yol verilməməli, düzəlişlər edildiyi hallarda isə müvafiq əsaslandırıcı qeydlər edilməli və düzəlişin tarixi göstərilməklə maliyyə hesabatlarını imzalayan şəxs (rəhbər və baş mühasib) tərəfindən təsdiq edilməlidir.
5.3. Siyasi partiya illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə mediada dərc etdirir. Mərkəzi Seçki Komissiyası siyasi partiyanın illik maliyyə hesabatını özünün rəsmi internet səhifəsində yerləşdirir.
5.4. İl ərzində yeni yaradılan siyasi partiya tərəfindən maliyyə hesabatının təqdim edilməsi bu Qaydanın 4.1.2-ci və 4.1.3-cü yarımbəndlərinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.
“Siyasi partiyanın maliyyə hesabatının forması,
məzmunu və təqdim edilməsi qaydası”na
1 nömrəli əlavə
Maliyyə vəziyyəti haqqında hesabat
31 dekabr 20____ il tarixinə
1 nömrəli Forma
VÖEN
Siyasi partiyanın adı __________________________________________
____________________________________________________________
Qərargahının yerləşdiyi yer (hüquqi ünvanı) _______________________
(manatla)
Bölmə/maddələrin adı
Qeydlər
Hesabat dövrü üzrə
Əvvəlki dövr üzrə
1
2
3
4
5
6
Aktivlər
Uzunmüddətli aktivlər
Qeyri-maddi aktivlər
Torpaq, tikili və avadanlıqlar
Daşınmaz əmlaka investisiyalar
Uzunmüddətli debitor borcları
Sair uzunmüddətli aktivlər
Cəmi uzunmüddətli aktivlər
Qısamüddətli aktivlər
Ehtiyatlar
Qısamüddətli debitor borcları
Pul vəsaitləri və onların ekvivalentləri
Sair qısamüddətli aktivlər
Cəmi qısamüddətli aktivlər
Cəmi aktivlər
Xalis aktivlər (kapital) və öhdəliklər
Xalis aktivlər (kapital)
Ehtiyat fondu
1
2
3
4
5
6
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)
Cəmi xalis aktivlər (kapital)
Uzunmüddətli öhdəliklər
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər
Uzunmüddətli qiymətləndirilmiş
öhdəliklər
Uzunmüddətli kreditor borcları
Sair uzunmüddətli öhdəliklər
Cəmi uzunmüddətli öhdəliklər
Qısamüddətli öhdəliklər
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər
Qısamüddətli kreditor borcları
Sair qısamüddətli öhdəliklər
Cəmi qısamüddətli öhdəliklər
Cəmi öhdəliklər
Cəmi xalis aktivlər (kapital) və öhdəliklər
Rəhbər ___________________________ ____________
(soyadı, adı və atasının adı) (imza)
Baş mühasib ___________________________ ____________
(soyadı, adı və atasının adı) (imza)
M.Y.
“___”__________20____ il.
“Siyasi partiyanın maliyyə hesabatının forması,
məzmunu və təqdim edilməsi qaydası”na
2 nömrəli əlavə
Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
31 dekabr 20____ il tarixinə
2 nömrəli Forma
VÖEN
Siyasi partiyanın adı __________________________________________
____________________________________________________________
Qərargahının yerləşdiyi yer (hüquqi ünvanı) ________________________
(manatla)
Maddələrin/hesabların adı
Qeydlər
Hesabat dövrü üzrə
Əvvəlki dövr üzrə
1
2
3
4
5
6
Gəlirlər
o cümlədən:
üzvlük haqqı
ianə
dövlət maliyyə yardımı
çap mediasının təsis edilməsindən o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir
ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir
mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir
hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak
qanunla qadağan olunmayan digər gəlirlər
1
2
3
4
5
6
Xərclər, o cümlədən:
cari işlərə sərf olunan vəsait
siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər
ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər
yerli (aşağı) təşkilatlara ödənişlər
kreditlər üzrə faizlər
fərdi xərclər
sair xərclər
ümumi mənfəət (zərər)
Rəhbər ___________________________ ____________
(soyadı, adı və atasının adı) (imza)
Baş mühasib ___________________________ ____________
(soyadı, adı və atasının adı) (imza)
M.Y.
“___”__________20____ il.

