Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 188 Bakı şəhəri, 6 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumtəhsil internat mək­təblərinin nümunəvi əsasnaməsinin təs­diq edilməsi haqqında” 1994-cü il 5 may tarixli 176 nömrəli və “Notariat hərəkət­lərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərar­larında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nöm­rəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, mad­də 48; 2000, № 8, maddə 648; 2015, № 8, maddə 963, № 12, maddə 1579; 2017, № 4, maddə 628; 2018, № 5, maddə 1147, № 9, maddə 1938, № 11, maddə 2458, № 12 (II kitab), maddə 2736; 2020, № 2, maddə 210, № 4, maddə 480, № 11, maddə 1417; 2021, № 9, maddə 1070; 2022, № 4, mad­də 413) ilə təsdiq edilmiş “Ümumtəhsil in­ternat məktəblərinin nümunəvi Əsasnamə­si”nin 30-cu hissəsinin on altıncı abzasında “pensiya kitabçası (pensiya alan uşaqlar üçün)” sözləri “əmək pensiyası və (və ya) sosial müavinət təyin edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhali­nin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölməsinin arayışı (əmək pensiya­sı və (və ya) sosial müavinət alan uşaqlar üçün)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, mad­də 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 76, № 5, maddələr 552, 589, № 6, mad­də 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), mad­də 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, mad­də 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166; 2019, № 1, maddə 169, № 3, maddələr 513, 564, № 5, maddələr 938, 967, № 6, maddə 1172, № 7, maddələr 1325, 1338, № 10, maddə 1674; 2020, № 6, maddə 783, № 10, maddələr 1282, 1299, № 12 (V ki­tab), maddə 1580; 2021, № 3, maddə 302, № 12, maddə 1509; 2022, № 4, maddə 414; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 may tarixli 156 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbay­can Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 103-cü hissəsinin üçüncü abzasında “səh­hətlə əlaqədar əmək qabiliyyətinin olmama­sı pensiya vəsiqəsi və ya” sözləri “orqaniz­min funksiyalarının pozulması ilə əlaqədar əmək qabiliyyətinin olmaması” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları