Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 186 Bakı şəhəri, 6 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarix­li 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqə­nin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qu­rumlarında) vəzifələrin Siyahısı”nda dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olu­narkən şəxslərə müsabiqənin yalnız mü­sahibə mərhələsində və ya ümumi müsa­hibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin Siyahısı”na aşağıdakı məzmunda 3.1.3-cü yarımbənd əlavə edilsin:

“3.1.3. idman sahəsində seleksiya üzrə baş mütəxəssis;”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları