Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 185 Bakı şəhəri, 5 iyun 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublika­sı Vergilər Nazirliyinin bəzi məsələləri haqqında” 2004-cü il 17 sentyabr ta­rixli 133 nömrəli, “Vergilər Nazirliyinin ştat sayı haqqında” 2007-ci il 27 de­kabr tarixli 211 nömrəli, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayı haqqında” 2011-ci il 16 mart tarixli 41 nömrəli, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayı haqqın­da” 2014-cü il 4 fevral tarixli 33 nömrəli və “Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayının artırılması və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında” 2018-ci il 29 dekabr tarixli 574 nömrəli qərarları­nın ləğv edilməsi barədə 

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəa­liyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisa­diyyat Nazirliyinin fəaliyyətinin təmin edil­məsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdi­rilməsi ilə bağlı tədbirlər haqqında” Azər­baycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəa­liyyətinin təmin edilməsi haqqında” Azər­baycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Res­publikasının İqtisadiyyat Nazirliyi yanın­da Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında də­yişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişlən­dirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubli­kası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edil­məsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 22 fevral tarixli 2042 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır: 

1. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2004-cü il 17 sentyabr tarixli 133 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 748) ləğv edilsin.

2. “Vergilər Nazirliyinin ştat sayı haqqında” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 2007-ci il 27 dekabr ta­rixli 211 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1346) ləğv edilsin. 

3. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayı haqqında” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2011, № 3, maddə 234) ləğv edilsin. 

4. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayı haqqında” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 33 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2014, № 2, maddə 188) ləğv edilsin. 

5. “Azərbaycan Respublikası Ver­gilər Nazirliyinin ştat sayının artırılması və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 29 dekabr tarixli 574 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunveri­cilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2764) ləğv edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları