Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 184 Bakı şəhəri, 5 iyun 2023-cü il

“Azərbaycan Respublikasının xa­rici ölkələrdə və beynəlxalq təşkilat­larda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqla­rındakı diplomatik xidmət əməkdaşları­na və ticarət nümayəndələrinə təmsilçi­lik xərclərinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qə­rarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının diplomatik nümayən­dəliklərində çalışan işçilərin aylıq əmək­haqlarının təkmilləşdirilməsi haqqında” 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli və “Azərbaycan Respublikasının diploma­tik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının artırılması və “Azər­baycan Respublikasının diplomatik nü­mayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqın­da” Azərbaycan Respublikası Preziden­tinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilmə­si haqqında” 2019-cu il 29 noyabr tarixli 1658 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 3713 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının xa­rici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayən­dəliklərindəki və konsulluqlarındakı dip­lomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası”nın təsdiq edilmə­si haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 1 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 599) aşağıdakı dəyi­şikliklər edilsin:

1.1. adından və 1-ci hissədən “və bey­nəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və kon­sulluqlarındakı diplomatik xidmət əmək­daşlarına və” sözləri çıxarılsın;

1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayən­dəliklərindəki və konsulluqlarındakı dip­lomatik xidmət əməkdaşlarına və ticarət nümayəndələrinə təmsilçilik xərclərinin ödənilməsi Qaydası” üzrə:

1.2.1. adından və həmin Qaydaya 2 nömrəli əlavənin yuxarı sağ küncün­dən “və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində­ki və konsulluqlarındakı diplomatik xidmət əməkdaşlarına və” sözləri çıxarılsın;

1.2.2. 1.1-ci bənddən “və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərindəki və konsulluqların­dakı diplomatik xidmət əməkdaşlarına və” və “və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında (bundan sonra – dip­lomatik nümayəndəlik) diplomatik xidmət əməkdaşlarına və” sözləri çıxarılsın;

1.2.3. 1.2-ci, 4.1-ci, 4.4-cü bəndlər və həmin Qaydaya 1 nömrəli əlavə ləğv edil­sin;

1.2.4. 1.3-cü bənddən “diplomatik nü­mayəndəliyin və” sözləri çıxarılsın;

1.2.5. 1.4-cü bənddən “diplomatik nü­mayəndəliyin rəhbərinin iqamətgahında, nümayəndəliyin binasında, habelə” sözlə­ri çıxarılsın;

1.2.6. 2.1-ci bənddən “diplomatik nü­mayəndəliklərin əməkdaşları və” sözləri çıxarılsın;

1.2.7. 2.1.2-ci yarımbənddən “, habelə diplomatik nümayəndəliyin rəhbərinin ra­zılığı ilə diplomatik xidmət əməkdaşının mənzilində” sözləri çıxarılsın;

1.2.8. 2.1.6-cı yarımbənddən “diplo­matların,” sözü çıxarılsın və həmin ya­rımbənddə “onların” sözü “onun” sözü ilə əvəz edilsin;

1.2.9. 2.1.7-ci yarımbənddən “diplo­matik xidmət əməkdaşına,” sözləri çıxarıl­sın və həmin yarımbənddə “onların” sözü “onun” sözü ilə əvəz edilsin;

1.2.10. 3.1-ci bənddə “Diplomatik xidmət əməkdaşlarının və ticarət” söz­ləri “Ticarət” sözü ilə əvəz edilsin və hə­min bənddən “diplomatik nümayəndəliyin əməkdaşı və” və “diplomatik nümayəndə­liyin mühasibatlığı, ticarət nümayəndəsinə münasibətdə isə” sözləri çıxarılsın;

1.2.11. 3.2-ci bənddə “Əməkdaş” sözü “Ticarət nümayəndəsi” sözləri ilə əvəz edilsin;

1.2.12. 4.2-ci və 4.3-cü bəndlərdə “Diplomatik xidmət əməkdaşı və ticarət” sözləri “Ticarət” sözü ilə əvəz edilsin;

1.2.13. 5.1-ci bəndin birinci və ikinci cümlələrində “Diplomatik xidmət əmək­daşlarına ticarət” sözləri “Ticarət” sözü ilə əvəz edilsin və həmin bəndin ikinci cümlə­sindən “diplomatik nümayəndəliyin və ya konsulluğun, habelə” sözləri çıxarılsın;

1.2.14. 5.2-ci bənddə “diplomatik nü­mayəndəliyin əməkdaşı və aidiyyəti dip­lomatik nümayəndəliyin rəhbəri, ticarət nümayəndəsinə münasibətdə isə ticarət nümayəndəsinin özü məsuliyyət daşıyır­lar” sözləri “ticarət nümayəndəsi məsuliy­yət daşıyır” sözləri ilə əvəz edilsin.

2. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları