Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 169 Bakı şəhəri, 26 may 2023-cü il

“Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli 186 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə təs­diq edilmiş “Azərbaycan Respublikası­nın Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”nin 16-cı hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Na­zirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kollegiyasının tər­kibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 may ta­rixli 186 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 946; 2017, № 8, mad­də 1607; 2018, № 11, maddə 2422) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin: 

“1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kollegiya üzvləri­nin sayı 11 (on bir) nəfərdən ibarət müəy­yənləşdirilsin və aşağıdakı tərkibdə təs­diq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Dövlət Sta­tistika Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Dövlət Sta­tistika Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Sta­tistika Komitəsi sədrinin müavinləri

Naxçıvan Muxtar Respublikası Döv­lət Statistika Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Sta­tistika Komitəsi Aparatının rəhbəri

Azərbaycan Respublikası Dövlət Sta­tistika Komitəsi Aparatının Statistika işlə­rinin əlaqələndirilməsi və strateji planlaş­dırma şöbəsinin müdiri

Azərbaycan Respublikası Dövlət Sta­tistika Komitəsi Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Azərbaycan Respublikası Dövlət Sta­tistika Komitəsi Aparatının Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri

Azərbaycan Respublikası Dövlət Sta­tistika Komitəsi Aparatının Sosial statisti­ka şöbəsinin müdiri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direk­toru.”.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları