Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 170 Bakı şəhəri, 26 may 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azər­baycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Qeyri-Hö­kumət təşkilatları tərəfindən mühasibat uçotunun aparıl­ması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 29 dekabr tarixli 573 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə­sinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respub­likasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respub­likasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respub-likasının 2022-ci il 2 dekabr tarixli 670-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418, № 6 (IV kitab), maddə 695, № 7, maddələr 871, 874, № 8, maddələr 966, 973, № 9, maddə 1064, № 10, maddələr 1181, 1187, 1192, № 11, maddələr 1256, 1274, 1280, 1283; 2022, № 1, maddələr 53, 70, № 4, maddələr 377, 388, 398, 415, № 5, maddə 577, № 7, maddə 811, № 8, maddə 1026, № 9, maddələr 1085, 1101, № 10, maddə 1210, № 12, maddə 1552; 2023, № 2, maddə 320; Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2023-cü il 15 aprel tarixli 117 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin “242100. “Mərkəzi döv­lət idarəetmə orqanları üzrə ödənişlər” paraqrafında “istiqraz vərəqələri” sözləri “istiqrazlar” sözü ilə əvəz edilsin. 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 29 dekabr tarixli 573 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2763; 2021, № 3, maddə 278) ilə təsdiq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Qeyri-Hökumət təşkilatları tərəfindən mü­hasibat uçotunun aparılması Qaydaları”nın 20.6-cı bəndinin ikinci cümləsində “istiqraz vərəqələri” sözləri “istiqrazlar” sözü ilə əvəz edilsin. 

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları