Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 168 Bakı şəhəri, 26 may 2023-cü il

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 may tarixli 220 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə­sinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəx­sin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 may tarixli 220 nömrəli Qərarında (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1128, № 11, maddə 2446; 2020, № 9, maddə 1222; 2021, № 8, maddə 972; 2022, № 6, maddə 677) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbay­can Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizam­naməsi”nin 5.3-cü bəndinin ikinci cümləsində “3 (üç)” sözləri “5 (beş)” sözləri ilə, “iki” sözü “dörd” sözü ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbay­can Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin struktu­ru”nun 1-ci hissəsində “və şöbələr” sözləri “, şöbələr və sektor­lar” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları