Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 104 Bakı şəhəri, 12 aprel 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ve­rildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respub­likasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyala­rın və icazələrin Siyahısı”nda dəyişik­lik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusi­yasının 119-cu maddəsinin səkkizinci ab­zasını rəhbər tutaraq, Azərbaycan Res­publikasının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 may tarixli 165 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 636) ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildi­yi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat gön­dərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nın 1.1-1.3-cü bəndləri müvafiq olaraq 1.2-1.4-cü bəndlər hesab edilsin və həmin Siyahıya aşağıdakı məzmunda 1.1-ci bənd əlavə edilsin:

“1.1. toksiki istehsalat tullantılarının utilizasiyası;”.

Əli ƏSƏDOV, Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları