Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 105 Bakı şəhəri, 13 aprel 2023-cü il

“Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasla­rın (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin baka­lavriat səviyyəsi ixtisaslarının (proq­ramlarının) Təsnifatı”nın təsdiq edilmə­si haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixti­sasların (ixtisaslaşmaların) Təsnifatı”­nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və “Ali təhsil pilləsində tibb təhsilinin əsas təh­sili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat sə­viyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edil­məsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizin­ci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 343, № 11, maddə 1858; 2021, № 3, maddə 298) ilə təsdiq edilmiş “Ali təhsi­lin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”na aşağıdakı məzmunda 136-1-ci, 136-2-ci və 136-3-cü hissələr əlavə edilsin:

“136-1. 050811 Ümumi fiziki hazırlıq 

136-2. 050812 Kütləvi-sağlamlaşdırı­cı idman 

136-3. 050813 Adaptiv bədən tərbiyə­si”.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları