Azərbaycan və ABŞ arasında hərbi təhsilin inkişaf perspektivləri müzakirə olunub

post-img

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarında səfəri çərçivəsində bu ölkənin Milli Müdafiə Universitetini (MMU) ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xid­mətindən bildirilib ki, universitetlə tanışlıqdan sonra general-leytenant R.Tahirov ABŞ-ın Milli Müdafiə Univer­sitetinin 17-ci prezidenti general-leyte­nant Mayk T.Plen ilə görüşüb.

Tərəflər ABŞ-ın hərbi təhsil sistemi­nin və MMU-nun bu sahədə təcrübəsi­nin öyrənilməsinə dair fikir mübadiləsi aparıb. General-leytenant R.Tahirov Azərbaycanda yeni yaradılan Milli Mü­dafiə Universiteti barədə ətraflı məlu­mat verib.

Görüşdə Azərbaycan ilə ABŞ ara­sında hərbi təhsil sahəsində əməkdaş­lığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müza­kirə edilib.

Son xəbərlər