Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 66

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 66 Bakı şəhəri, 21 fevral 2023-cü il

“Terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qır­ğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Bir­ləşmiş Millətlər Təşkilatının Təh­lükəsizlik Şurası tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin Siyahısı”nın təs­diq edilməsi haqqında

“Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası­nın 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2008 nöm­rəli Fərmanının 2.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azər­baycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

“Terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılma­sının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərə­findən qəbul edilmiş və sanksiya tət­biq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 fevral tarixli 66 nömrəli Qərarı ilə 
təsdiq edilmişdir.

 

Terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin

 

SİYAHISI

 

1. Terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə qəbul edilmiş qətnamələr:

1.1.  1999-cu il 12 sentyabr tarixli 1267 nömrəli Qətnamə;

1.2.  2000-ci il 19 sentyabr tarixli 1333 nömrəli Qətnamə;

1.3.  2001-ci il 30 iyul tarixli 1363 nömrəli Qətnamə;

1.4.  2001-ci il 28 sentyabr tarixli 1373 nömrəli Qətnamə;

1.5.  2002-ci il 16 yanvar tarixli 1390 nömrəli Qətnamə;

1.6.  2002-ci il 20 dekabr tarixli 1452 nömrəli Qətnamə;

1.7.  2003-cü il 17 yanvar tarixli 1455 nömrəli Qətnamə;

1.8.  2004-cü il 30 yanvar tarixli 1526 nömrəli Qətnamə;

1.9.  2005-ci il 29 iyul tarixli 1617 nömrəli Qətnamə;

1.10. 2006-cı il 19 dekabr tarixli 1730 nömrəli Qətnamə;

1.11. 2006-cı il 22 dekabr tarixli 1735 nömrəli Qətnamə;

1.12. 2008-ci il 30 iyun tarixli 1822 nömrəli Qətnamə;

1.13. 2009-cu il 17 dekabr tarixli 1904 nömrəli Qətnamə;

1.14. 2011-ci il 17 iyun tarixli 1988 nömrəli Qətnamə;

1.15. 2011-ci il 17 iyun tarixli 1989 nömrəli Qətnamə.

2. Kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə qəbul edilmiş qətnamələr:

2.1.  2006-cı il 14 oktyabr tarixli 1718 nömrəli Qətnamə;

2.2.  2009-cu il 12 iyun tarixli 1874 nömrəli Qətnamə;

2.3.  2013-cü il 22 yanvar tarixli 2087 nömrəli Qətnamə;

2.4.  2013-cü il 7 mart tarixli 2094 nömrəli Qətnamə;

2.5.  2015-ci il 20 iyul tarixli 2231 nömrəli Qətnamə;

2.6.  2016-cı il 30 noyabr tarixli 2321 nömrəli Qətnamə;

2.7.  2017-ci il 2 iyun tarixli 2356 nömrəli Qətnamə.

 

Nazirlər kabinetinin qərarları