Azərbaycan Respublikasının Prezidenti Zat-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə İrlandiyada fəaliyyət göstərən “Əşrəf və Anna” musiqi məktəbinin kollektivi adından səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Sizin müdrik rəhbərliyiniz, qətiyyətli siyasi iradəniz və Vətənə sonsuz sevginiz sayəsində Azərbaycan dövləti beynəlxalq aləmdə öz layiqli yerini daha da möhkəmləndirmiş, tarixi zəfərlərə imza atmışdır. Bu nailiyyətlər hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir.
Xaricdə yaşayan azərbaycanlıların milli-mədəni dəyərlərinin qorunmasına və dünya azərbaycanlılarının birliyinə göstərdiyiniz xüsusi diqqət və qayğı bizim üçün böyük stimul və mənəvi dayaqdır. Biz də öz növbəmizdə Azərbaycan mədəniyyətini, incəsənətini və milli kimliyimizi İrlandiyada layiqincə təmsil etməyə çalışırıq.
Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm.
Uca Tanrı Sizi və ailənizi qorusun!
Dərin hörmətlə,
Əşrəf Tağıyev
İrlandiyada fəaliyyət göstərən “Əşrəf və Anna” musiqi məktəbinin direktoru,
Azərbaycanın İrlandiyadakı mədəniyyət elçisi

