Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli cənab Prezident.
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından və şəxsən öz adımdan Zati-alinizə doğum gününüz münasibətilə səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf duyuruq.
Siz Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı onun vəsiyyətlərini yerinə yetirmisiniz. Sizin liderliyinizlə Azərbaycanımız müasir və uğurlu bir dövlətə çevrilmiş, beynəlxalq aləmdə öz rolunu və nüfuzunu inamla artıraraq mühüm nəticələrə, o cümlədən ərazi bütövlüyünün tam bərpasına və möhkəmləndirilməsinə nail olmuşdur.
Xalqlarımızın dostluğunun və Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı dəstəyə, beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın möhkəmləndirilməsinə Azərbaycan Respublikasının Prezidenti kimi Sizin şəxsi töhfənizin Ukraynada yüksək qiymətləndirilməsi daim bizdə böyük şərəf və fərəh hissi doğurur.
Zati-aliləri cənab Prezident, icazə verin, Sizi bir daha ürəkdən təbrik edək, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, ailə üzvlərinizə, əziz soydaşlarımız olan Azərbaycan xalqına davamlı rifah, sülh, tərəqqi arzulayaq.
Dərin hörmət və məhəbbətlə,
Arif Quliyev
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının rəhbəri, Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin Konstitusiya, beynəlxalq hüquq və ictimai-hüquqi fənlər kafedrasının professoru, hüquq elmləri doktoru, diplomat, Ukraynanın Əməkdar təhsil işçisi, Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının Akademiki

