Türkiyədə fəaliyyət göstərən Dərincə Azərbaycan Evi Dərnəyinin sədri Volkan Aydəmirdən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram.

Sizin rəhbərliyinizlə Azərbaycan böyük inkişaf yolu keçmiş, tarixi nailiyyətlər qazanmışdır. Təbii ki, ən böyük uğurlardan biri uzun illər işğal altında qalmış Qarabağın azad edilməsidir. Bu tarixi hadisə Azərbaycan xalqına böyük sevinc və qürur hissi yaşatmaqla yanaşı, dünyada soyqırımına məruz qalmış, torpaqlarını itirmiş bütün çarəsiz insanlar üçün bir ümid işığı olmuşdur.

Sizin Azərbaycan xalqını “dəmir yumruq” kimi ətrafınızda sıx birləşdirərək qətiyyət və iradənizlə bu Zəfəri qazanmağınız Ulu Öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamının nə qədər dərin məna kəsb etdiyini bir daha göstərdi.

Cənab Prezident, Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, Zati-alinizə cansağlığı, Azərbaycan xalqına firavanlıq arzu edirəm.

Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm.

 

Volkan Aydəmir

Türkiyədə fəaliyyət göstərən Dərincə Azərbaycan

Evi Dərnəyinin sədri

Məktublar