Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
“Konstitusiya və Suverenlik İli” olan 2025-ci il mühüm təşəbbüslər və nailiyyətlərlə yadda qalır. Sizin uzaqgörən siyasətiniz, strateji addımlarınız sayəsində Azərbaycan bu gün dünyada öz mövqeyini daha da möhkəmləndirir, milli maraqlarını ardıcıl şəkildə müdafiə edir, güclü və sülhsevər bir dövlət kimi beynəlxalq ictimaiyyətin hörmətini qazanır.
Bu il həm də Zəfər Gününün beşinci ildönümünün qeyd edilməsi ilə əlamətdar oldu və bu, Azərbaycan tarixində yeni bir fəsil açdı.
Bu mühüm tarixə həsr olunmuş tədbirlər, regional sabitliyin və təhlükəsizliyin gücləndirilməsi istiqamətində səyləriniz, Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlər, keçirilən beynəlxalq görüşlər və azad edilmiş ərazilərin bərpası üçün həyata keçirilən genişmiqyaslı tədbirlər - bütün bunlar tarixi Qələbənin məntiqi davamıdır.
Xaricdəki Azərbaycan diasporuna göstərilən diqqəti xüsusi qeyd etmək istəyirəm. Yeni həftəsonu məktəblərinin yaradılması gənc nəslin Azərbaycan dilini öyrənməsinə, mədəniyyəti ilə tanış olmasına, eyni zamanda birgə mədəni layihələrin həyata keçirilməsi digər xalqların Azərbaycanın mədəni irsinin zənginliyinin şahidi olmasına imkan yaradır.
Cənab Prezident, Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirəm. Göstərdiyiniz diqqət və qayğıya, həyata keçirdiyiniz uğurlu siyasətə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. 2026-cı ilin bütün Azərbaycan üçün daha da uğurlu olmasını arzulayıram.
Dərin hörmətlə və ən xoş arzularla,
Şaul Siman-Tоv
İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri,
“Azİz” Assosiasiyasının icraçı direktoru, STMEGI TV-nin İsrail filialının rəhbəri

