Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Mərhəmət, dərin düşüncə və mənəvi saflıq dövrü olan Ramazan ayı nurlu bayram sevinci ilə başa çatdı. Mənəvi saflıq rəmzi olan bu bayramda ortaq dəyərləri bölüşən insanlar sülh və qarşılıqlı anlaşma ab-havasında bir araya gəlirlər. Bu əlamətdar günü qeyd edərkən əməkdaşlığın, qarşılıqlı hörmətin və tərəfdaşlığımızı möhkəmləndirən birgə səylərin əhəmiyyəti haqqında düşünürük.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün təşəbbüslərinizdə uğurlar arzulayıram.
Qoy bu Ramazan bayramı Sizi yeni-yeni nailiyyətlərə ruhlandırsın.
Hörmətlə,
German Qref
Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar
Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri