Rusiyanın Çuvaş Respublikasındakı Çuvaş-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Aqil Əliyev və müavini Nicat Səfərlidən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.

Siz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsinə nail olmuş, ölkənin daha da inkişafı, qüdrətlənməsi üçün böyük işlər görmüsünüz. Şuşada, Xankəndidə, Xocalıda və azad edilmiş digər torpaqlarımızda Azərbaycan Bayrağını ucaltmağınız hamımız üçün olduqca qürurvericidir. Fədakar xidmətlərinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

 

Aqil Əliyev

Rusiyanın Çuvaş Respublikasındakı Çuvaş-Azərbaycan

Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri,

Nicat Səfərli

sədrin müavini

Məktublar