Bosniya və Herseqovinanın İslam İcmasının müftisi Nedzad Qrabusdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm cənab Prezident!

Müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə dost və qardaş Azərbaycana və onun xalqına, Zati-alinizə, bütün əziz dostlarınıza ən səmimi təbriklərimizi yetirir, rifah, xoşbəxtlik və əbədi firavanlıq arzulayırıq. Biz bosniyalılar Zati-alinizin xalqlar arasında sülh, ədalət, bərabərlik və əmin-amanlığı bərqərar etmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirir və alqışlayırıq. Bütün mənalı ömrünü xalqının tərəqqisinə həsr edən möhtərəm Heydər Əliyevin uzaqgörənliyi, əzmkarlığı və qətiyyəti Azərbaycanın müstəqilliyini möhkəmləndirdi. Müasir müstəqil Azərbaycanla fəxr edir, onun gələcəyinin daha parlaq olacağına inanırıq.

Zati-alinizə xeyir və bərəkət arzulayıram. Dahi insan, uzaqgörən lider Heydər Əliyevin xatirəsini onun 100 illik yubileyi günlərində ehtiramla yad edirik.

Dərin hörmət və ehtiramla,

 

 

Nedzad Qrabus

Bosniya və Herseqovinanın İslam İcmasının müftisi

Məktublar