Lənkəran Dövlət Dram Teatrı azyaşlı tamaşaçılar üçün növbəti maraqlı səhnə əsərini təqdim etməyə hazırlaşır. Teatrda Xalq yazıçısı X.Əlibəylinin əsəri əsasında hazırlanan “Dovşanın ad günü” adlı nağıl-tamaşa səhnələşdiriləcək. Tamaşa yanvarın 9-da təqdim olunacaq.
XQ xəbər verir ki, sehr, dostluq və gülüş üzərində qurulan tamaşada meşədə keçirilən ad günü bayramı səhnələşdirilir. Dovşanın ad gününə Kirpi, Quzu-Çəpiş, Qaranquş və Alabaş kimi sevimli obrazlar qatılır. Hadisələrin gedişində hiyləgər Tülkü və ac Canavarın səhnəyə daxil olması isə tamaşaya maraqlı dönüşlər qatır. Nağıl boyu dostluğun gücü və birliyin əhəmiyyəti ön plana çəkilir.
Rəngarəng səhnə geyimləri, şən musiqilər və maraqlı səhnə həlləri ilə zəngin olan tamaşa uşaqlara əsl nağıl ab-havası yaşadacaq.
Nağıl-tamaşa Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynovanın quruluşunda hazırlanıb.

