Suriya ordusu Hələbin iki məhəlləsində komendant saatı tətbiq edib. Suriya quru qüvvələri Hələbin əsasən kürdlərin yaşadığı Şeyx Maqsud və Əşrəfiyyə rayonlarında Suriya Demokratik Qüvvələrinin (SDQ) iştirak etdiyi toqquşmalardan sonra gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib.
SANA bildirir ki, “Komendant saatı hər iki rayonda saat 15:00-da (Moskva vaxtı ilə) qüvvəyə minir”.
Hərbçilər sakinləri SDQ mövqelərinə yaxınlaşmamağa çağırıb.
Əraziyə Mülki Müdafiə və Suriya Qızıl Aypara qrupları da göndərilib.
Bir gün əvvəl Suriya ordusu SDQ-ni Şeyx Maqsud və Əşrəfiyyəyə bitişik məhəllələrdə artilleriya atəşini gücləndirməkdə günahlandırıb. Hakimiyyət orqanlarının məlumatına görə, nəticədə üç mülki şəxs həlak olub, 15 nəfər yaralanıb. Suriya komandanlığı həmçinin bu məhəllələrdəki bütün SDQ mövqelərini qanuni hərbi hədəflər elan edib.
Ötən ilin dekabr ayının sonunda Hələbin bu ərazisində SDQ ilə hökumət qüvvələri arasında toqquşmalar baş vermişdi. Hər iki tərəf bir-birini vəziyyəti gərginləşdirməkdə günahlandırmış, lakin 23 dekabrda atəşkəs barədə razılığa gəlinmişdi.
P.ƏMİRCANOV
XQ

