TÜRKSOY-la əməkdaşlığın hədəfləri

post-img

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY arasında keçirilən görüşdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının Qəbələ sammitində müəyyənləşdirilən yeni vəzifələr və qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY-la əməkdaşlığın ildən-ilə genişlənərək yeni məzmun qazandığını qeyd edib. Nazir Türk dünyasının zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən ortaq layihələrin əhəmiyyətini vurğulayıb.

TÜRKSOY-un baş katibi Sultan Rayev Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, əlaqələrin möhkəmlənməsində göstərilən dəstəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edib.

Tərəflər təşkilatın cari il üzrə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıb, birgə layihələrin icrasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayıblar.

Görüş zamanı TÜRKSOY-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yeni təyin olunan nümayəndəsi Vüqar Məmmədov baş katibə təqdim olunub.

XQ

Mədəniyyət