Xətai Sənət Mərkəzində "Ordumuzun Qüdrəti" adlı rəsm müsabiqəsinin yekun sərgisi açıldı

post-img

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon Sektoru, Xətai rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş "Ordumuzun Qüdrəti" adlı rəsm müsabiqəsinin yekun sərgisi  25 iyun 2025-ci il tarixində saat 12:00 -da Xətai Sənət Mərkəzində açıldı.    

Tədbiri giriş sözü ilə  Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq sərgi iştirakçılarını və qonaqlrı salamladı. Söz alan Xətai rayon İcra Hakimiyyətinin  humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon Sektor müdiri Tural Əhədov öz ürək sözlərini bölüşdülər.Tədbir təşəkkürnamə,sertfikat və hədiyyələrin təqdim  olunması ilə başa çatdı. 

Silahlı Qüvvələrimizin şücayəti və vətənpərvərlik ruhunun təbliğinə xidmət məqsədi ilə elan olunmuş müsabiqənin yekun sərgisində təqdim olunan əsərlər arasından seçilən 70-ə  yaxın əsər sərgiləndi.

Sərgilənən əsərlərdə  yeniyetmə və gənclər təqdim etdiyi əsərlərdə xalqımızın orduya olan inamı və ordumuzun məğlubedilməzliyi sərginin əsas sujet xəttini təşkil edirdi.

İştirakçılar və əsərlər: https://online.fliphtml5.com/udgyq/yxgi/

Əsəri sərgilənən iştirakçılara sertifikat, fərqlənən müəlliflərə təşəkkürnamə  təqdim olundu.

XQ

 







Mədəniyyət