“Xalq qəzeti” ilə “Ulduz” jurnalının birgə layihəsi olan “Ulduz”lu görüşlər”in növbəti qonağı akademik, Əməkdar elm xadimi Nizami Cəfərov olub.
Azərbaycanda Atatürk Mərkəzinin zalında keçirilən tədbirin “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs akademuiklə görüşə gələn Azərbaycan Universitetinin tələbələrinə bildirib ki, Nizami Cəfərovun tədqiqatları Azərbaycan dili tarixi, türkologiya və müasir ədəbi proseslə sıx bağlıdır. O, eyni zamanda, “Azərbaycanşünaslığın əsasları”nın yaradılmasına mühüm töhfə verib.
Azərbaycan Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova gənc filoloqların gələcək fəaliyyətində belə görüşlərin önəmindən danışıb və tələbələrlə ünsiyyətə görə akademikə minnətdarlıq edib.
Nizami Cəfərov gənc həmkarlarına Azərbaycanda Atatürk Mərkəzinin yaranma tarixindən danışıb, dilçiliyin və türkologiyanın problemlərini təhlil edib. Azərbaycan Universitetinin tələbələri alimə coxsaylı suallar ünvanlayıb, akademikin əsərlərindən müxtəlif sitatlar səsləndiriblər.
Sonda Nizami müəllim tələbələrə öz kitablarını avtoqrafla hədiyyə edib.
XQ