Faiq Ələkbərli Türkiyədə beynəlxalq simpoziumda məruzə edib

post-img

Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin himayəsi və Üsküdar Universitetinin təşkilatçılığı ilə “Türk dövlətləri yüz ilində cədidçiliyin üfüqləri: neokolonial meydan oxumalar qarşısında keçmişdən gələcəyə baxmaq” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.

Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli iştirak edib. “Azərbaycan Türk cədidçilik  yeniləşmə-dəyişim fəlsəfəsi, ideolojisi və gələcəyi” mövzusunda məruzə edən Faiq Ələkbərli bildirib ki, Türk xalqlarında yeniləşmə-dəyişim prosesi 19-cu əsrdə Osmanlı və çar Rusiyasında başlayıb, yeniləşmə özünü türklüyə, islamlığa və Qərb mədəniyyətinə münasibətdə büruzə verib. F.Ələkbərli qeyd edib ki, çar Rusiyasında yeniləşmə prosesinin əsas mərkəzlərindən biri Azərbaycan və onun milli maarifçi ziyalıları olub.

XQ



Mədəniyyət