“Şükriyyə” tamaşası Mingəçevir Teatrında

post-img

Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir. Layihə çərçivəsində Akademik Milli Dram Teatrının "Şükriyyə" tamaşası Mingəçevir Dövlət Dram Teatrında nümayiş olunub.

Teatrdan bildirilib ki, yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Münəvvər Əliyeva, Mehriban Xanlarova, Vəfa Rzayeva, Şəlalə Şahvələdqızı, aktyorlar Afət Məmmədova, Rada Nəsibova, Ləman İmanova, Dilarə Nəzərova, Rüstəm Rüstəmov, Aylin Həşimova, Lalə Süleymanova, Nəzrin Abdullayeva, Elsevər Rəhimov və Tural İbrahimov çıxış ediblər.

Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır.

Nümayişin sonunda çıxış edən Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan səfəri ölkənin teatr həyatı üçün əlamətdar hadisə kimi dəyərləndirib və Akademik Milli Dram Teatrına təşəkkür diplomu təqdim edib.

XQ

 

Mədəniyyət