Dünən Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü idi. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.
Kitabxanadan mətbuata bildirilib ki, MEK-in fondlarındakı nəşrlər əsasında təşkil edilən sərgidə “Müəllif hüququ”, “Kitabxanaşünaslığın tarixi və metodologiyası”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, “Ulu öndər Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdrik fikirləri”, “Heydər Əliyev irsinin kitabxanalarda tədqiqi və təbliği”, “Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti”, “Kitabxanaşünaslığa giriş”, “Kitabın bədii və texniki tərtibatı”, “Kitabxana işinə dair rəsmi sənədlər”, “Azərbaycan kitabxana ensiklopediyası”, “Nəşriyyat işi və redaktə məsələləri” və digər nəşrlər var.
Həmçinin sərgidə Mərkəzi Elmi Kitabxana tərəfindən tərtib edilən biblioqrafik göstəricilər və informasiya bülleteni də yer alıb.
XQ