Azərbaycanın gənc rəssamlarının Braziliyada “Art of Cultural Diplomacy-Art for Peace” adlı sərgisi açılıb.
Açılışda Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz, Rio de Janeyro şəhərində fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, ictimaiyyət nümayəndələri, sənətsevərlər, yerli sakinlər iştirak ediblər. Azərbaycan rəssamlarının rəsm əsərləri böyük maraqla qarşılanıb.
Mərasimin sonunda səfirlik iştirakçı rəssamlara sertifikatlar təqdim edib. "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev sərgini ziyarət edənlərə, Azərbaycan mədəniyyətinin tarixi haqqında geniş məlumat verib. Sərgidə 18 rəssamın 44 əsəri nümayiş etdirilib.
Leyla HADİ,
tələbə-jurnalist