Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin təltif olunma mərasimində iştirak edən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru və baş rejissoru Mir Qabil Əkbərov quruluş verdiyi "Ölülər" (C.Məmmədquluzadə) tamaşasına görə "III yer" nominasiyası ilə təltif edilib.
Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 10 Mart - Milli Teatr Gününə həsr olunmuş təntənəli bayram tədbiri və teatrın “Bölgə teatrlarının Bakı premyerası” layihəsinin bağlanış mərasimi keçirilib. Azərbaycan teatrına fədakarlıqla xidmət edən sənətkarlarımız Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov tərəfindən mükafat və diplomlarla təltif olunublar.
XQ