Azərbaycan və Özbəkistan arasında milli rəqs sənəti sahəsində razılıq əldə olunub

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru Şuxrat Tuxtasinov arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında mədəniyyət, incəsənət, təhsil, elm  istiqamətlərində təcrübə mübadiləsinin aparılması sahəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib. 

Görüşün sonunda  tərəflər milli rəqs sənəti sahəsində əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, ustad dərslərinin keçirilməsi, musiqi sənəti, milli mədəni irs və incəsənət sahəsində iki ölkənin müvafiq qurumları arasında birgə layihələrin həyata keçirilməsi üzrə Anlaşma Memorandumunun təsdiq edilməsi barədə razılıq əldə edilib.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd



Mədəniyyət