Özbəkistanlı tələbələr AMM-də təcrübə keçəcək

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasındakı razılığa əsasən, bu İnstitutunun tələbələri Mərkəzdə təcrübə keçəcəklər. 

Bu təşəbbüs iki qardaş xalq arasında dostluq və mədəni əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Layihə çərçivəsində tələbələr Azərbaycan dili kurslarında iştirak edəcək, eyni zamanda müxtəlif mədəni tədbirlərin təşkilinə qoşularaq bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Təcrübə proqramı ərzində onlar Azərbaycan tarixi, ədəbiyyatı və incəsənəti ilə yaxından tanış olacaq, milli mədəni irsimizi daha dərindən öyrənəcəklər.

Bu layihə tələbələr üçün həm akademik, həm də praktiki biliklər əldə etmək baxımından böyük fürsətdir. Azərbaycan dilinin Özbəkistanda öyrənilməsi iki ölkə arasında elmi və mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Bundan əlavə, proqramın iştirakçıları gələcəkdə Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm rol oynaya biləcək mütəxəssislər kimi yetişəcəklər.

Qeyd edək ki, bu təşəbbüs Azərbaycan və Özbəkistan arasında son illərdə sürətlə inkişaf edən dostluq münasibətlərinin göstəricisidir. Gələcəkdə belə proqramların davamlı olması və daha genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd









Mədəniyyət