ADA məktəbliləri üçün Ədliyyə Nazirliyində infotur təşkil edilib

post-img

Ədliyyə Nazirliyi və ADA məktəbi arasında əməkdaşlıq çərçivəsində 10-cu sinif şagirdləri üçün infotur təşkil olunub.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbir zamanı şagirdlər nazirliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat əldə ediblər. İnteraktiv formatda keçirilən təqdimat zamanı hüquq sahəsinə maraq göstərən şagirdlərin sualları cavablandırılıb, onlara gələcəkdə hüquqşünas kimi fəaliyyət göstərmək imkanları barədə geniş məlumat verilib.

Daha sonra məktəblilər “Ədliyyə tarixi” muzeyinə baş çəkərək Azərbaycan ədliyyəsinin tarixi barədə eksponatlarla tanış olublar.

Bu kimi infoturlar gənclərin hüquq sahəsinə marağını artırmaq, onların peşə seçiminə dəstək vermək və hüquqşünaslıq sahəsində gələcək kadrların yetişməsinə töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir.

Sosial həyat