Əhməd Cavad haqqında kitab türk dilində

post-img

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzi Sahib İbrahimlinin “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” kitabını Ankarada türk dilində nəşr etdirib. Əsəri türk dilinə Konya Selcuk Universitetinin dosenti Təranə Həşimova çevirib.

Kitabda istiqlal şairi Əhməd Cavadın həyatı, ədəbi fəaliyyətinin Gəncə dövrü əksini tapıb. Müəlif şairin qardaş Türkiyə ilə əlaqələrindən, Qafqaz–Türk İslam Ordusunun Azərbaycan xalqının azadlıq mübarizəsində dəstəyiyindən də bəhs edib.

Nəşrdə qeyd olunur ki, Əhməd Cavaddan Gəncə ədəbi mühitinin yetişdirdiyi istedadlı simalardan biri kimi söhbət açılıb. Bildirilir ki, repressiya qurbanı olmuş sənətkarın adı Azərbaycan ədəbi-bədii fikir tarixinə istiqlal şairi, bütün qəlbi ilə doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış söz ustadı kimi daxil olub.

XQ

Mədəniyyət